12px13px15px17px
Tarix:04/07/17

Fərdi uçan aparat təqdim olunub

“Neva Aerospace” şirkəti biryerli “AirQuadOne” uçan aparatını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, aparat 915 metrədək hündürlüyə qalxaraq saatda 80 km sürət yığa biləcək. Akkumulyator batareyasını bir dəfə enerji ilə doldurmaqla 20-30 dəqiqə uçmaq mümkün olacaq.

Məlumata görə, “AirQuadOne” aparatının ümumi çəkisi 500 kq təşkil edir ki, bunun da 100 kiloqramı enerji elementlərinin payına düşür. Ənənəvi simli enerjidoldurma metodu ilə yanaşı, enerjini induksiyalı üsulla doldurmaq olar. Bundan əlavə, həm pilotlu aparatın, həm də pilotsuz uçan aparatın buraxılışı planlaşdırılır.

Uçan aparatın havaya qaldıra biləcəyi yükün çəkisi təxminən 100 kq təşkil edir. Qurğunun korpusu yüngül karbon lifindən hazırlanıb, havaya qalxma üçün döndərilən elementlərdə quraşdırılan bir neçə elektrik vintdən istifadə olunub. İdarəetmə sistemi maksimum avtomatlaşdırılacaq ki, bu da aparatı hətta başlanğıc səviyyəli pilot lisenziyasına malik insanlara idarə etməyə imkan verəcək. Bundan başqa, aparatın özünüidarə versiyasından istifadə zamanı uçuş hüququ tələb olunmayacaq.

Nizam Nuriyev 




Baxış sayı: 289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024