12px13px15px17px
Tarix:06/07/17

Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün “Elektron hökumət” mövzusunda seminar keçirilib

Gənclərin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə seminar keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün keçirilən seminarda “Elektron hökumət” portalı, dövlət elektron xidmətləri haqqında geniş məlumat verilib.
 
Seminarda çıxış edən EHTTM-in direktor vəzifələrini icra edən Rauf Cabbarov “Elektron hökumət” quruculuğu üzrə aparılan işlər barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini, proseslərin ictimai müstəvidə inkişafının elektron xidmətlərin istifadəsindən bilavasitə asılı olduğunu bildirib.
 
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerindən arayış”, “Sığorta olunana məlumatın verilməsi”, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Mobil cihazların qeydiyyata alınması”, “POÇTAP - itirilmiş sənədlərin axtarışı” elektron xidmətləri portal üzərindən vətəndaşlara göstərilib, elektron arayışlar test edilib.
 
Seminarın növbəti sessiyasında elektron sənəd və elektron imza, o cümlədən elektron imzanın növləri, tətbiq sahələri diqqətə çatdırılıb, elektron imzalama prosesi əyani olaraq göstərilib. Seminarda daşıma və istifadə baxımından daha rahat olduğu  üçün vətəndaşların USB-Token formasında təqdim olunan elektron imzaya daha çox üstünlük verdiyi vurğulanıb. Qeyd edilib ki, bununla belə, kart daşıyıcıda olan imza sertifikatlarına tələbat var, çünki əksər vətəndaşlar bu zaman əldə etdikləri kart-oxuyucunu digər smart kartların da oxunmasında istifadə edirlər.
 
Müzakirələrlə davam edən seminarda elektron mühitin inkişafı ilə bağlı təkliflər də səsləndirilib. Sonda iştirakçılara “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifr verilib.















Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024