12px13px15px17px
Tarix:06/07/17

Metal korpusla təchiz edilmiş “ZTE Blade V7 Plus” smartfonu təqdim edilib

“ZTE Blade V7 Plus” smartfonu rəsmən təqdim edilib. Orta səviyyəli qurğular sinfinə məxsus yeni cihaz metal korpusla təchiz edilib.

“ZTE Blade V7 Plus” 1920x1080 piksel (Full HD) təsvir ölçülü 5,2 düymlük ekran, 1,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek MT6753” prosessoru ilə təchiz edilib və “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə idarə olunur. “Mali T720-MP3” çipi qrafikanın canlandırılmasında istifadə olunur.

Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3 və 16 QB təşkil edir. Sonuncunun tutumunu “microSD” slotuna taxılan daşıyıcının köməyi ilə artırmaq olar, həmçinin sözügedən slot hibriddir: ora “SIM” kart da taxmaq mümkündür.

Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və “LED” işıqlandırıcı ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

Smartfon 2540 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. FM radioqəbuledici, barmaq izlərinin skaneri, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0”, “NFC” və “GPS” simsiz rabitə modulları mövcuddur.

“ZTE Blade V7 Plus” smartfonu boz və qızılı rəngli korpuslarda satışa çıxarılacaq.

Emil Hüseynov




Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024