12px13px15px17px
Tarix:10/10/11

“Bluetooth qarnitur” satışları 72%-dək artacaq

Veb-mənbələrin məlumatına əsasən, “Bluetooth qarnitur” satışları 2011-2015-ci illər ərzində 72% artacaq və onlardan istifadə edən insanların sayı 45 milyonu ötəcək. Bu proqnozu bu günlərdə “DigiTimes” portalı öz saytında dərc edib.

Mənbə qeyd edib ki, son illərdə “Bluetooth qarnitur” istehsalçıları fəaliyyətlərini ABŞ və Avropa bazarlarından Çin və digər bazarlara yönəldiblər.

Proqnoza əsasən, 2011-ci ildə “Bluetooth qarniturları”nın istehsal həcmi 1 milyard ABŞ dollarını ötəcək. Buna "ağıllı mobil telefonlar" seqmentinin sürətli inkişafı əhəmiyyətli dərəcədə kömək edəcək.



Baxış sayı: 1228

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024