12px13px15px17px
Tarix:07/07/17

“Ağıllı” zibil qabı dəmir yolu vağzalında təmizliyə riayət edəcək

Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan “Gares&Connexions” ekspertləri “Immersive Robotics” şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibil qabı yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “B.A.R.Y.L.” adlanan qurğu vağzal ərazisində sərbəst istiqamətdə hərəkət edərək hamıya zibili qutuya atmağı tövsiyə edəcək. Süni intellektlə təchiz edilən robot insanları skan edərək zibil atmaq istəyənləri seçir. “B.A.R.Y.L.” sistemində, həmçinin elektron zibil qabının dolmasını izləyən ötürücülər quraşdırılıb.

Tullantıların sayı çoxalan zaman robot zibil qabı bazaya qayıdaraq orada boşaldılır və yenidən perrona dönür. Zibil qabının polad korpusu hərəkət üçün iki təkərlə və sərnişinlərin qaranlıq vaxtı zibil atarkən qutunu dəqiq görmələri üçün göy rəngli diod işıqlarla təchiz edilib.

Nizam Nuriyev 




Baxış sayı: 359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024