12px13px15px17px
Tarix:07/07/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Şəki qəbulunda vətəndaş müraciətlərinin əksəriyyəti yerindəcə həll olunub

Bu gün Şəki şəhərində keçirilən vətəndaşlarla görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.

Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər də qeydiyyata alınaraq, həmin müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıq və tövsiyələr verib.

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.














Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 İyul 2017

28/07/17
“Panasonic” sistemi sürücünün sükan arxasında yuxuculluğunu müəyyənləşdirəcək

Yaponiyanın “Panasonic” şirkəti yol-nəqliyyat hadisələrinin baş vermə risklərini azaltmaq üçün 

28/07/17
Yeni süni intellekt təxəyyüldən istifadə edəcək

“DeepMind” şirkəti sonrakı hərəkətlərin planlaşdırılması üçün öz təxəyyülündən istifadə edən yeni sün

28/07/17
Kiberidmançıların minimal əmək haqları artır

Kiberidmançı peşəsi ildən-ilə nüfuz qazanır. Kiberidmanın inkişafı və populyarlaşması ilə bu sahəyə vəsait 

28/07/17
“GoPro QuikStories” videonu avtomatik ötürəcək

“GoPro” şirkəti qısa videoların yaradılması və onların sosial şəbəkələrdə dərc edilməsi üçün nəzərdə 

28/07/17
“Elektron hökumət” portalı üzərindən təqdim olunan arayışlardan istifadə sayı artıb

“Elektron hökumət” portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid 

28/07/17
Smartfon istehsalında 7 faiz artım qeydə alınıb

Cari ilin ikinci yarısında dünyada smartfon istehsalı əvvəlki rüb səviyyəsində qalıb. Bu barədə “TrendForce” 

28/07/17
İki “Apple” qurğusunun istehsalı dayandırılır

ABŞ-ın “Apple” şirkəti “iPod shuffle” və “iPod nano” rəqəmli musiqi pleyerlərinin istehsalını dayandıracaq. 

27 07 2017

27/07/17
Miniatür robot insan bədəninə yerləşdiriləcək (VİDEO)

ABŞ, Çin və İsrail alimlər qrupu insan orqanizminə yeridilən miniatür robotun təsvir olunduğu video təqdim 

27/07/17
“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq

“eBay” internet mağazasının əlavələrində fotoşəkilin tanınması funksiyasından istifadə edən 2 yeni funksiya 

27/07/17
“Microsoft” məhsullarında səhvlərin aşkarlanmasına görə 250 min dollar ödəniləcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemində boşluqların aşkarlanması üçün nəzərdə 

27/07/17
“WhatsApp”ın gündəlik auditoriyası 1 milyarda çatıb

Servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. 

27/07/17
Banklar üçün “DDoS” hücumlarından orta ziyan nə qədər olub?

“Kasperski laboratoriyası” antivirus şirkəti 2016-cı ildə maliyyə müəssisələri üçün təhlükələrin 

27/07/17
Robot ilan suyun təmizliyinə nəzarət edəcək (VİDEO)

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndislər qrupu suyun təmizliyinə nəzarət və onun 

27/07/17
“USB 3.2” məlumatları 2 dəfə sürətli ötürəcək

“USB” interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə 

27/07/17
İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

Çinin “Meizu” şirkəti 2 yeni qabaqcıl smartfonu - “Pro 7” və “Pro 7 Plus” modellərini rəsmən təqdim edib.