12px13px15px17px
Tarix:10/10/11

“Sony” Stiv Cobs haqqında film çəkmək istəyir

“Sony Pictures” kinofilm şirkəti Uolter Ayzeksonun "Stiv Cobs" kitabının ekranlaşdırılması üçün hüquqların əldə edilməsi haqqında danışıqların son mərhələsindədir. Təsdiq edilməmiş informasiyaya əsasən, saziş şirkətə təxminən 1 milyon dollara başa gələcək.

“Deadline” resursu bildirib ki, filmə Mark Qordon prodüserlik edəcək. Qeyd edək ki, o, "Mənbə kodu", "Sıravi Rayanı xilas etmək" kimi filmlərə prodüserlik edib.

Qeyd etmək lazımdır ki, bundan əvvəl “Sony Pictures” kinofilm şirkətinin “Facebook”un yaranma tarixindən bəhs edən "Sosial şəbəkə" filmi (3 "Oskar" mükafatı alıb) olduqca müvəffəqiyyətli alınıb.



Baxış sayı: 1144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024