12px13px15px17px
Tarix:11/07/17

“Microsoft” şirkəti “Xbox One X” oyun konsolunu təqdim edib

“Microsoft” şirkəti “E3 2017” sərgisində bundan əvvəl “Project Scorpio” kod adı ilə tanınan “Xbox One X” oyun konsolunu təqdim edib. Əvvəlki kimi “AMD Jaguar” arxitekturası ilə işləyən oyun konsolu səkkiz nüvəli prosessorla təchiz edilib. Qurğunun qrafik məhsuldarlığı 6 teraflopsa yaxındır: “GPU” 40 hesablama blokuna malikdir və 1172 MHs takt tezliyində işləyir. Bütün bu xüsusiyyətlər nəticəsində sözügedən konsol rəqibləri arasında ən güclüdür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, bütün mövcud oyunlar “Xbox One X” oyun konsolu ilə uyğundur. “Xbox One” platforması üçün yeni oyunlar öncədən “4K” təsvir ölçüsü dəstəyinə malik olacaqlar, amma “1080p” formatını dəstəkləyən televizorlarda da normal görsənəcəklər. 7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq yeni oyun konsolunun təxmini qiyməti 662 dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024