12px13px15px17px
Tarix:11/07/17

Dünyada yeni kiberhücumlar barədə xəbərdarlıq edilib

Dünya şirkətlərinin yaxın vaxtlarda yenidən ciddi kiberhücumlarla üzləşəcəyi gözlənilir. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin infrastruktur təhlükəsizliyi biznesinin inkişafı üzrə direktoru Andrey Suvorov “RİA Novosti” agentliyinə müsahibədə bildirib.
  
“ICTnews” Elektron Xəbər Xidməti “360tv.ru” resursuna istinadən yazır ki, direktorun sözlərinə görə, müasir sənaye şirkətlərinin informasiya texnologiyalarından asılılığı onları hakerlər üçün banklardan daha çox cəlbedici edir.
 
Ekspert qeyd edib ki, dünya kompüterlərini yoluxduran “WannaCry” və “Petya” virusları yalnız başlanğıcdır.
 
Onun sözlərinə görə, bu hadisənin başlanğıc mərhələsində olması səbəbindən demək mümkündür ki, bu, ilk cəhddir - sınaqdır.  “Yevgeni Kasperski “WannaCry” hücumunadək etdiyi çıxışlarda dəfələrlə bildirib ki, 2017-ci ildə fırıldaqçılıq kifayət qədər kədərli yenilik ola bilər.
 
Bundan başqa, “Kasperski laboratoriyası” nümayəndəsi vurğulayıb ki, artıq fırıldaqçılar üçün informasiyanı müştəri kartından və ya bank müxbir hesabından oğurlamaq əhəmiyyət kəsb etmir. Hazırda informasiya texnologiyalarından asılı olan müəssisənin fəaliyyətini qısa müddətə dayandıraraq pul tələb etmək kifayət edir. “Bu, fırıldaqçılığa görə şirkətə nə qədər ziyan dəyəcəyi barədə əvvəlcədən məlumatlı olan fırıldaqçılıq növüdür”, - A.Suvorov əlavə edib.
 
Nizam Nuriyev 




Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024