12px13px15px17px
Tarix:14/07/17

2017-ci ildə İT bazarının artım tempi ikiqat yüksələcək

“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, qlobal informasiya texnologiyaları (İT) bazarının artım tempi təxminən 2 dəfə artacaq. 2016-cı ildə qlobal İT xərclərinin həcmi 2,5% yüksəlib. 2017-ci ildə İT xərclərinin həcmi 4,5% yüksələrək 2,1 trilyon dollar təşkil edəcək. 2018-ci ildə sözügedən bazarın həcmi 4% yüksələcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, cari ildə informasiya-kommunikasiya texnologiyalarına sərf edilən xərclər 3,5 trilyon dollar məbləğində olacaq ki, bu da ötən illə müqayisədə 2% daha çoxdur. Mütəxəssislərin proqnozuna görə, 2020-ci ilədək İKT həllərə sərf ediləcək qlobal xərclərin həcmi “əşyalar interneti” seqmentinin sayəsində 5,5 trilyon dollara yaxınlaşacaq. Yuxarıda qeyd edilmiş dövrədək “əşyalar interneti” seqmentinin həcmi 1,3 trilyon dollar təşkil edəcək.
 
2017-ci ildə İT bazarında infrastruktur avadanlığı (serverlər, şəbəkə qurğuları, məlumatların saxlanılması sistemləri və s.), korporativ proqram təminatı və mobil qurğular seqmentlərində ən yüksək artım tempi qeydə alınacaq. 2017 və 2018-ci illərdə serverlərin satış həcmi müvafiq olaraq 4% və 5% artacaq. Bu, “bulud” məlumat mərkəzlərinin operatorlarının “bulud” xidmətlərinə artan tələbatın təmini məqsədilə investisiyaların həcmini artırması ilə izah edilir.
 
Ötən il qlobal smartfon bazarında “ağıllı” telefonlara tələbatın az olması və bir çox regionlarda intensiv qiymət rəqabətinə görə satış həcminin güclü azalması müşahidə edilmişdi. 2017-ci ilin ikinci yarısında yeni qabaqcıl qurğuların çıxarılması və Çin daxil olmaqla inkişaf etməkdə olan bazarlarda smartfonların nüfuzetmə səviyyəsinin artımı sayəsində artım tempinin yüksəlməsi gözlənilir. 2017-ci ildə "ağıllı" telefonların satış həcmi 7% artaraq 439 milyard dollar təşkil edəcək.
 
Emil Hüseynov
 




Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024