12px13px15px17px
Tarix:14/07/17

Cari ilin ilk 6 ayı ərzində 10582 “Elektron imza” sertifikatı istifadəyə verilib

Ölkədə "Elektron imza" sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş "Elektron imza" sertifikatlarının sayı 10582-yə çatıb. Onlardan dövlət qurumlarının payına 3440, fiziki şəxslərin payına 2582, hüquqi şəxslərin payına isə 4560 "Elektron imza" sertifikatı düşür.

Son bir ayda istifadəyə verilmiş "Elektron imza" sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 "Elektron imza" sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

"Elektron imza" sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən isə, dövlət qurumları üzrə 69422, fiziki şəxslər üzrə 19792, hüquqi şəxslər üzrə 21584 olmaqla, ümumilikdə 110798 "Elektron imza" sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18 858 500, hüquqi və fiziki şəxslər üzrə toplam 4 777 203 olmaqla, ümumilikdə 23 635 703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5 782 910 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24,47%-i təşkil edir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4 062 106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 720 804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığımızın və təhlükəsizliyimizin təminatçısına çevrilib.




Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024