12px13px15px17px
Tarix:17/07/17

Qlobal kiberhücum təbii fəlakətlərə bərabər itkilərə səbəb ola bilər

“Lloyd's of London” analitiklərinin qiymətləndirməsinə görə, miqyaslı qlobal kiberhücum 53 milyard dollar məbləğində iqtisadi itkilərə səbəb ola bilər ki, bu da 2012-ci ildə ABŞ-da baş verən “Sendi” qasırğası kimi təbii fəlakətlərdən dəyən ziyana bərabərdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, risklərin qiymətləndirilməsində ixtisaslaşan “Cyence” şirkəti ilə birlikdə keçirilən tədqiqatda “bulud” servisi provayderlərinin ehtimal olunan müdaxilədən və dünyada müəssisələri idarə edən kompüter sistemlərinə kiberhücumlardan potensial iqtisadi itkiləri nəzərdən keçirilib.
 
Bildirilir ki, “bulud” provayderinə ehtimal edilən hücumdan iqtisadi nəticələr bu yaxınlarda dünyanın 100-dən çox ölkəsini yoluxduran “WannaCry” virusundan dəyən ziyanı üstələyir. “Cyence” şirkəti “WannaCry” virusundan ziyanı 8 milyard dollar dəyərində qiymətləndirir. Ziyan hesablanarkən adətən biznes fəaliyyətinin dayanmasına görə itkilər və kompüterlərin bərpası üçün çəkilən xərclər nəzərə alınır.
 
Mütəxəssislər, həmçinin iyunun sonunda Asiya, Avropa və Cənubi Amerikada onlarla şirkət və təşkilata hücum edən fırıldaqçı “Petya” virusunu sadalayıblar. Virusun vurduğu iqtisadi ziyan mütəxəssislər tərəfindən 850 milyon dollar dəyərində qiymətləndirilir.
 
Analitiklər tərəfindən “bulud” servisinə nəzərdən keçirilən hücum ssenarisində hakerlər “bulud” provayderinin proqram təminatına yoluxmadan bir il sonra istifadəçi kompüterlərində sistem nasazlıqlarına səbəb olacaq zərərli kod tətbiq etməyə nail olublar. Bu müddət ərzində zərərli proqram təminatı yayılaraq provayderin əksər müştərilərini, o cümlədən maliyyə xidmətləri göstərən şirkətləri və hotelləri yoluxdura biləcək. Mütəxəssislərin sözlərinə görə, nəticədə onların hamısı gəlir itkisi və digər xərclərlə üzləşəcək.  
 
Ssenarinin belə cərəyan edəcəyi təqdirdə kompüter nasazlıqlarından iqtisadi itkilər hadisənin miqyasından asılı olaraq 4,6-53 milyard dollar arasında dəyişə bilər, lakin bu növ hücumdan faktiki itkilərın 121 milyard dollara çatması ehtimal edilir.
 
Analitiklər xəbərdarlıq edir ki, nəzərdə tutulan itki məbləğinin 45 milyard dolları şirkətlərin oxşar hadisələr üçün tam sığortalanmaması səbəbindən sığortaçılar tərəfindən kompensasiya edilməməsi mümkündür.  
 
Həmçinin, mütəxəssislərin hesablamalarına görə, dünya müəssisələrini idarə edən kompüter sistemlərinə miqyaslı müdaxilənin 9,7-28,7 milyard dollar itkiyə səbəb olacağı gözlənilir.   
 
Nizam Nuriyev 




Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2018

21 04 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ