12px13px15px17px
Tarix:18/07/17

“Gartner”: “Bu il dünya İKT bazarının həcmi 2,4 faiz artacaq”

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 2,4 faiz çoxdur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin qənaətinə görə, rəqəmli dünya biznesi müasir biznesin inkişafına böyük təsir göstərir. Proqram təminatı, xidmətlər və intellektual mülkiyyətin birləşdiyi çoxlu yeni məhsul kateqoriyaları yaranır. Onlar “Əşyalar interneti, “Blocchain”, intellektual kompüterlər kimi yeni texnoloji platformalara əsaslanır və bu platformalar bazarda artım amilinə çevrilir.
 
Proqnozlara görə, cari ildə korporativ proqram təminatının satışı 7,6 faiz artaraq 351 milyard dollara çatacaq. Məhz proqramlar rəqəmli biznesdən qazanc götürməyə imkan verir və yeni funksiyalarla təchiz edilən kompüter və yeni proqramlara tələbatı artır. Analitiklər qeyd edir ki, təkcə “SaaS” əlavələrindən deyil, “bulud” İT idarəetmə vasitələrindən (ITOM) istifadə genişlənir.
 
Həmçinin, bu il qurğuların (masaüstü və mobil fərdi kompüterlər, klaviaturalı planşetlər, telefonlar) satış həcmi 3,8 faiz artaraq 654 milyard dollar təşkil edəcək. Bundan əlavə, İT xidmətlərinin satışının 3,1 faiz yüksələrək 922 milyard dollara, rabitə xidmətlərinin 0,3 faiz artaraq 1,378 trilyon dollara çatacağı gözlənilir. 
 
Nizam Nuriyev 




Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024