12px13px15px17px
Tarix:14/06/11

“Nokia” qalib gəldi

İl yarımdan çox davam edən “Nokia” və “Apple” arasındakı "patent müharibəsi" sona çatıb. Tərəflər korporasiyaların bütün qarşılıqlı iddialarını həll edən dünya sazişi imzalayıblar. Fin press-relizinə görə, “Nokia” şirkəti mübarizədə sözsüz qalib olub.
Razılaşmanın şərtlərinə görə, “Apple” “Nokia” patentlərinin əvvəlki istifadəsi üçün birdəfəlik ödəniş verəcək. Ödənişin məbləği açıqlanmayıb. Bundan başqa, Amerika istehsalçısı fin korporasiyasının rəsmi lisenziatı olacaq və lisenziya ayırmalarını daim ödəyəcək.
“Nokia”nın icraçı direktoru Stiven Elop qeyd edib ki, bağlanmış razılaşma yüksək texnologiyalar sahəsində şirkətin aparıcı roluna dəlalət edir. Dünyada ən böyük telefon istehsalçısı mobil rabitə bazarında öz texnologiyalarının lisenziyalaşdırılması imkanlarının genişləndirilməsində maraqlıdır. O hesab edir ki, “Apple” şirkəti ilə müqavilə 2011-ci ilin II rübünün nəticəsinə görə korporasiyanın iqtisadi göstəricilərinə müsbət təsir edəcək.



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024