12px13px15px17px
Tarix:20/07/17

Elektron Təhlükəsizlik Mərkəzi şantajçı virusla bağlı xəbərdarlıq edir

Bir müddət əvvəl "ICTnews" Elektron Xəbər Xidməti "LeakerLocker" adlanan və "Android" istifadəçilərini hədəf seçən virus haqda məlumat vermişdi. Xatırladaq ki, virus "Google"un  rəsmi tətbiqlər mağazası olan "Play Store"-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.
 
"LeakerLocker" virusu faktiki olaraq şantajçı kimi çıxır edir. O, istifadəçinin şəxsi şəkillərini, mesajlarını, internet brauzer tarixçəsini, e-poçtları ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında onu təhdid edir və bütün informasiyanı telefondakı kontaktlara göndərəcəyini bildirir.
 
Qeyd edək ki, artıq  minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan və onu kilidə saldıqdan sonra ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz" yazısı peyda olur. 





















"McCafe" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD " və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McCafe" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker"un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.























Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:

·  Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
 
·  "Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
 
·  Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
 
·  Əgər artıq  mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "team@cert.az" elektron ünvanına yazmağınız tövsiyə olunur.




Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024