12px13px15px17px
Tarix:21/07/17

Quraşdırılmış antivirus “Android” sistemli qurğuları mühafizə edəcək

“Google” şirkəti mayda “I/O 2017” tərtibatçılar konfransında “Android 8.0” əməliyyat sisteminin yeni versiyasını rəsmən təqdim edərək “Google Play” əlavələr mağazasında kompüter təlimi əsasında quraşdırılmış “Google Play Protect” antivirus funksiyasının istifadəyə veriləcəyini bəyan edib. Bu həftə isə internet nəhəngi yeni funksiyanı tədricən istifadəyə verməyə başlayıb. Əvvəlcə “Google Play” servislərində tətbiq ediləcək funksiyadan bir müddət sonra əlavələr mağazasında da yararlanmaq mümkün olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Google Play Protect” antivirus funksiyası “Android” sistemli qurğu istifadəçilərinin mühafizəsi üzrə bir neçə servisi özündə birləşdirir. Birincisi, funksiya avtomatik rejimdə qurğuda və orada quraşdırılan proqramlarda problemlərin, o cümlədən zərərli kodun mövcudluğunu yoxlayır.  
 
Həmçinin, “Google Play Protect” itirilmiş və ya oğurlanmış qurğuların axtarışını aparır. Funksiya vasitəsilə qurğunu tapmaq, ona zəng etmək, bloklamaq, bloklama ekranına kontakt məlumatlarını əlavə etmək və ya bütün məlumatları silmək üçün onun yerini izləmək mümkündür.
 
“Google Play Protect” şirkətə “Google Play”də idarəetməni izləməyə kömək edəcək. Şirkət əməkdaşları bütün əlavələri dərc edilməmişdən əvvəl yoxlayacaq, “Google Play Protect” isə hər gün 50 milyarddan çox proqramı təhlükəsizliyə görə skan edəcək. 
 
Bundan əlavə, “Google Play Protect” istifadəçilərin internetdə təhlükəsiz olmasını izləyəcək. Bunun üçün “Chrome” brauzerində “Təhlükəsiz baxış” funksiyasını aktivləşdirmək tələb olunur. Zərərli saytı açmaq istəyən zaman sistem istifadəçiyə bu barədə xəbərdarlıq edəcək.  
 
Mərhələli şəkildə yayılan yeni funksiyadan tezliklə bütün istifadəçilərin yararlanacağı gözlənilir.
 
Nizam Nuriyev 




Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024