12px13px15px17px
Tarix:21/07/17

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün  infrastrukturun yenidən qurulmasına başlanılıb.    
 
Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  kəndin telekommunikasiya infrastrukturu yenidən  qurulub.  
 
 Belə ki, "Aztelekom" MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin  çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin  yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri  həyata keçirilib.
 
İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.
 
Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.  
 
"Aztelekom" MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına  bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.
 
"Aztelekom" MMC-nin baş direktoru Suat Paşayev bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.
 
"Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan  elektron ATS-in tutumu  gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq"- deyə baş direktor qeyd edib.  



















Baxış sayı: 4

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2018

25/05/18
Orta büdcəli smartfonları qabaqcıl imkanlarla təchiz edəcək prosessor təqdim olunub

“Qualcomm” şirkəti yeni “Snapdragon 710” prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları 

25/05/18
“Wi-Fi” vəhşi təbiət üçün təhlükəlidir

Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur.

24 05 2018

24/05/18
“Startap günləri” davam edir

Növbəti “Startap günləri” cari il mayın 25-26-da Azərbaycan Dövlət İqtisad Universitetində

24/05/18
8 il ardıcıl olaraq dünyanın ən bahalı brendi adına layiq görülən şirkət hansıdır?

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə 

24/05/18
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb

“UCLA” komandası öncə zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə 

24/05/18
Ən böyük şəffaf elastik ekran nümayiş olunub

“LG Display” şirkəti ekranlar sənayesinin inkişafını davam etdirərək “Society for Information 

24/05/18
Ən kompakt oyun noutbuku nümayiş olunub

“Razer” şirkəti yeni “Razer Blade” oyun noutbukunu təqdim edib. İstehsalçı onu dünyanın ən kompakt 

24/05/18
“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib

“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib. Bu boşluğu aradan qaldırmaq 

24/05/18
Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. “iPhone 7 Plus” 

24/05/18
Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq

Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından 

24/05/18
Kompüter virusu 500 min qurğuya hücum edib

ABŞ-ın “Cisco Systems” şirkəti dünyanın 50-dən çox ölkəsində təxminən 500 min kompüter qurğusunun