12px13px15px17px
Tarix:26/07/17

Fırıldaqçı virus proqramlarının qurbanları nə qədər pul ödəyib?

“Google” şirkəti “Chainalysis”, San Dieqo Kaliforniya Universiteti (UCSD) və Nyu-York Universitetinin Politexnik İnstitutu ilə birlikdə fırıldaqçı virus proqramlarının qurbanları tərəfindən onların yaradıcılarına ödənilən məbləği hesablayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, tədqiqatçılar tərəfindən 2014-cü ildən fəaliyyət göstərən 34 fırıldaqçı virus ailəsi təhlil olunub. Daha çox gəliri qurbanları tərtibatçılara 7 milyon dollardan çox pul ödəyən “Locky” fırıldaqçı virusu gətirib. “Cerber” və “CryptXXX” fırıldaqçı şifrləyici proqramların yaradıcılarının qazancı müvafiq olaraq 6,9 və 1,9 milyon dollar təşkil edib.  
 
Tədqiqatçılar qeyd edir ki, fırıldaqçı virus proqramlarının yaradıcıları antivirus mühafizə proqramlarından yayınmağı mənimsəyiblər. Belə ki, zərərli proqramın identifikasiyasından sonra antivirus proqram təminatına aşkarlanan zərərli proqram üçün siqnatura əlavə edilir. Lakin müasir virus nümunələri öz binar kodlarını modifikasiya edərək siqnaturalara əsaslanan antivirus mühafizəsindən yayına bilirlər.
 
Nizam Nuriyev 




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024