12px13px15px17px
Tarix:10/10/11

“Wikipedia” tarixində ən böyük qrant alıb

Dünyanın ən böyük “Wikipedia” onlayn ensiklopediyasını idarə edən “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatı bugünkü gün üçün tarixində ən böyük qrant - 3,6 milyon dollar aldığını elan edib.

Qrantı “Stanton Foundation” verib. “Wikimedia” nümayəndələrinin sözlərinə əsasən, pullar texnologiya infrastrukturunun inkişafına yönəldiləcək ki, bu resursların artan auditoriyasının öhdəsindən gəlmək mümkün olsun.

Bugünkü gündə “Wikimedia”nın bütün layihələrinin auditoriyası ay ərzində 422 milyon unikal ziyarətçini ötür və “Wikipedia” populyarlığa görə dünyanın beşinci saytıdır.

Qrantı, həmçinin “Wikipedia”da məqalələrin redaktə edilməsi prosesini sadələşdirən yeni interfeysin yaradılmasına xərcləmək planlaşdırılır.



Baxış sayı: 1479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024