12px13px15px17px
Tarix:27/07/17

Miniatür robot insan bədəninə yerləşdiriləcək (VİDEO)

ABŞ, Çin və İsrail alimlər qrupu insan orqanizminə yeridilən miniatür robotun təsvir olunduğu video təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, robot hər birinin uzunluğu 5 mikrometr təşkil edən 3 qızıl hissədən ibarətdir. Bütün hissələr bir-biri ilə gümüş ilmələrlə birləşdirilib. Nümayiş olunan sınaq robot nümunəsi əsasında gələcəkdə dərmanları birbaşa insanın ağrıyan yerinə çatdıran kiçik robotların yaradılması planlaşdırılır.

Məlumata görə, hazırda saniyədə 5,5 mikrometr sürətlə hərəkət edən robotun hərəkətləri maqnit sahəsi vasitəsilə idarə olunur. Robotun üst səthi inersiyalı materiallarla örtülüb, lakin qurğunun növbəti versiyalarının bioparçalanan olacağı gözlənilir.
 
Mütəxəssislərin sözlərinə görə, tibb müəssisələri üçün yaxın 5 il ərzində yaradılacaq robotun ilk versiyaları dərmanların sidikqovucu yollarla çatdırılması üçün nəzərdə tutulacaq.
 
Nizam Nuriyev 






Baxış sayı: 341

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024