12px13px15px17px
Tarix:28/07/17

“Elektron hökumət” portalı üzərindən təqdim olunan arayışlardan istifadə sayı artıb

"Elektron hökumət" portalı istifadəçilərə müxtəlif məzmunlu fərdi məlumatlar üzrə arayışları vahid mərkəzdən əldə etmə imkanı yaradır.

Portalda istifadə olunan xidmətlər arasında elektron arayışlara müraciət sayı son dövrlər artır və bu günə qədər 17 arayış növü üzrə 1 252 176 dəfə müraciət qeydə alınıb.

Beləliklə, elektron arayışlar üzrə müraciət sayını təqdim edirik:

–  İş yerinə dair arayış - 608 034
– Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış - 275 054
– Yaşayış yeri haqqında arayış - 75 643
– Diplom haqqında arayış - 64 473
– Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış - 61 200
– İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış - 27 964
– Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış - 25 192
 – Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış - 21 439
– Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitəsi haqqında elektron arayış - 17 325
– Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayışlar - 17 029
– Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış - 16 532
– Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış - 12 253
– Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış - 11 846
– "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatın verilməsi xidməti - 8 249
– "Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayış - 6 127
– Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar - 2 545
– Dənizçinin şəxsiyyət sənədi - 1 271.

Bu arayışların elektron formada təqdimi vaxta qənaətlə yanaşı, bürokratik maneələri aradan qaldırır. E-arayışları PDF formatında yaddaşa verdikdən sonra çap edilməsi və istənilən elektron poçt ünvanına göndərilməsi mümkündür.

Qeyd edək ki, "Elektron hökumət" portalının "Elektron arayışlar" bölməsində "Elektron arayışların yoxlanılması" xidməti də yerləşdirilib. Bu xidmətin köməyi ilə arayışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə onun etibarlılığını yoxlamaq mümkündür. Sözügedən xidmətə bu günə qədər 57 112 dəfə müraciət olunub.




Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2017

25/09/17
Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) illik ənənəvi “ITU Telecom 

25/09/17
Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan və “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti 

25/09/17
Yeni robot insan kimi yeriməyi öyrənir

İsveçrə tədqiqatçıları daha təbii hərəkət etməyi öyrənən “COMAN” (Compliant Humanoid) robotunun 

25/09/17
Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif 

25/09/17
“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

Finlandiyanın “HMD Global” şirkəti qabaqcıl “Nokia 8” smartfon modelinin təkmilləşdirilmiş versiyasının 

25/09/17
Dünyanın ən qəribə smartfonlarının siyahısı dərc olunub

Ekspertlər dünyanın ən qəribə smartfon modellərinin reytinqini tərtib ediblər. 

25/09/17
İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

Dronlardan ibarət şəbəkə ən müxtəlif vəziyyətlərdə köməyə gələ bilər. Həm də söhbət yalnız məşhur internet 

25/09/17
“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üç

25/09/17
Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan 

24 09 2017