12px13px15px17px
Tarix:31/07/17

“Nokia 8” smartfonunun qiyməti açıqlanıb

Rəsmən təqdim edilməyən qabaqcıl “Nokia 8” smartfonunun Avropa üçün qiyməti açıqlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Vodafone” operatorunun məlumatına görə, smartfonun qiyməti 517,42 avro təşkil edəcək ki, bu da gözlənilən 600 avrodan azdır.
 
Bundan əvvəl yayılan məlumatlara görə, “Nokia 8” modeli “Quad HD” (2560 x 1440 piksel ) təsvir ölçülü 5,3 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, 13 meqapikselli qoşa əsas “Carl Zeiss” kamerası ilə təchiz ediləcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon dörd rəng variantında - mavi, polad rəngli, qızılı-mavi və qızılı-mis rəngində buraxılacaq.   
 
Qurğunun rəsmi təqdimatı avqustun 16-da Londonda keçiriləcək tədbirdə gözlənilir.
 
Nizam Nuriyev 




Baxış sayı: 432

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024