12px13px15px17px
Tarix:01/08/17

Tədqiqatçılar ultrasəsin köməyi ilə “ağıllı” qurğulara hücum nümayiş etdiriblər

"Black Hat" konfransında "Alibaba Security" şirkətinin nümayəndələri fəaliyyəti hiroskop, akselerometr və başqa ötürücülərin işindən asılı olan qurğularda səs və ultrasəslə müdaxilə texnologiyasını nümayiş etdiriblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, elektron qurğularda yerləşən kommersiya tipli hiroskopik datçiklərin əksəriyyəti fırlanma və sürətin izlənilməsi üçün iki mexaniki titrəyişli elementə malik mikroelektromexaniki sistemdən istifadə edirlər. Hiroskopun rezonans tezliyinə uyğun gələn kənar vibrasiya mənbəyi datçikin sabit işinə mane ola və quraşdırıldığı qurğuya qeyri-dəqiq məlumatlar göndərə bilər.
 
"Alibaba" şirkətinin mobil rabitə təhlükəsizliyi üzrə tədqiqatçıları Van Zenqbo və Van Kanq "iPhone 7" və "Galaxy S7" qurğularında ötürücülərin səs dalğalarına reaksiyasını nümayiş etdiriblər. Komanda, həmçinin virtual reallıq eynəyi, "DJII" kvadrokopteri, "Xiaomi" şirkətinin girobordu və oyuncaq robota  akustik hücumdan ibarət videonu nümayiş etdirib.
 
"Xiaomi" şirkətinin girobordu bu tip hücuma qarşı daha dayanıqlı olub. Möhkəm plastik korpus səs dalğalarının qarşısını alıb, amma daha güclü siqnal daxilə nüfuz edə bilərdi.
 
Van Kanqın sözlərinə görə, bu təhlükə ötürücülər üçün səsi azaldan və ya səsi əks etdirən materiallardan istifadə sayəsində və ya səs ötürücülərinin işinə nəzarət edən proqram təminatının köməyi ilə aradan qaldırıla bilər.
 
Emil Hüseynov




Baxış sayı: 352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024