12px13px15px17px
Tarix:11/10/11

“Google+” şəbəkəsinə maraq azalıb

“Google+” (Google şirkətinin yeni sosial şəbəkəsi) şəbəkəsində açıq giriş işə salındıqdan sonra əhəmiyyətli trafik sıçrayışına baxmayaraq, bundan sonra resursa daxil olmalar yenidən 60%-ə kimi azalıb.

Bu barədə “Chitika” analitik firmasının yeni hesabatında yazılıb. Onun məlumatlarına əsasən, “Google+” şəbəkəsində açıq giriş işə salındıqdan sonra ilk günlər ərzində resursa daxil olmalar 1200%-ə kimi artıb. Ancaq bundan sonra o, yenidən 60%-ə düşüb.

“Chitika” analitikləri bunu sosial şəbəkələr bazarında olan çox yüksək rəqabətlə izah edirlər. "Sosial saytların istifadəçilər tərəfindən dəstəklənməsi hal-hazırda kifayət qədər məhdudlaşdırılıb. Bunun üçün, onlar fərqlənməli və insanlara digər şəbəkələrdə olmayan xidmətləri təklif etməlidirlər" - hesabatda qeyd edilib.



Baxış sayı: 1323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024