12px13px15px17px
Tarix:02/08/17

“WhatsApp” messencerində pul vəsaitini oğurlayan fişinq hücumu qeydə alınıb

Kibertəhlükəsizlik üzrə ekspertlər populyar “WhatsApp” messencerinin istifadəçilərini yeni fişinq hücumu haqda xəbərdar ediblər. Bu haqda “ESET” antivirus şirkətinin press-relizində deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti gazeta.ru saytına istinadən yazır ki, fırıldaqçılar istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək və bank kartının məlumatlarını daxil etmək üçün istinadda göstərilən ünvana keçmək təklif edilir. Sonda ödənişlə bağlı informasiya birbaşa hakerlərin əlinə keçir.
 
Hazırda “WhatsApp” tamamilə ödənişsiz xidmətdir.
 
Emil Hüseynov




Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024