12px13px15px17px
Tarix:07/08/17

“Samsung Galaxy Note 9” smartfonunda inqilabi funksiya tətbiq ediləcək

Analitiklər əmindirlər ki, istifadəçilər displeydə istənilən hissənin üzərinə sıxmaqla smartfonu blokdan çıxara biləcəklər.
 
“9To5Mac” nəşri “KGI”yə istinadən məlumat verir ki, Cənubi Koreya istehsalçıları barmaq izləri skanerini gələcək smartfonda OLED texnologiyası ilə hazırlanmış displeyin alt hissəsinə quraşdırmaq niyyətindədirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytna istinadən yazır ki, analitiklərin fikrincə, “Samsung”, həmçinin gözün qüzehi qişasının tanınması daxil olmaqla, başqa biometrik autentifikasiya metodlarından istifadədən imtina etməyi planlaşdırmır.
 
Əvvəlki şayiələrə əsasən, 23 avqust tarixində təqdim ediləcək “Samsung Galaxy Note 8” smartfonunda barmaq izləri skaneri arxa panelə quraşdırılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024