12px13px15px17px
Tarix:08/08/17

“Android” tərtibatçıları boş yer çatışmazlığı problemini həll ediblər

“Android 8” mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcəklər. Bu haqda “Android” sistemi tərtibatçılarının rəsmi saytında dərc edilmiş sənəddə deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, funksiya qurğudakı yaddaşın istifadəçi və sistem sektorlarına bölünməsi hesabına reallaşdırılıb. Daxili saxlancın texniki hissəsində həmişə lazımi boş sahə saxlanılacaq, bu da boş yer çatışmazlığı kimi problemin qarşısını alacaq.
 
İlk dəfə belə bölünmə hələ 2016-cı ildə istifadəyə verilmiş “Android” sisteminin yeddinci versiyasında peyda olub, ancaq sözügedən sistemdə bütün yeniləmələr əvvəlcə istifadəçi sektoruna yüklənir və yalnız bundan sonra sistemə köçürülür.
 
Gözlənildiyi kimi, yeni yanaşma yalnız dolmuş yaddaş kimi problemin qarşısını almayacaq, həm də sistem üçün yeni proqram təminatının quraşdırılma prosesini xeyli sürətləndirəcək.
 
Məlumat üçün bildirək ki, “Android 8” əməliyyat sistemi (həmçinin “Android O” kimi tanınır) rəsmən mayın ortasında təqdim edilib.
 
Emil Hüseynov




Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024