12px13px15px17px
Tarix:08/08/17

“YouTube”da video paylaşmaq üçün daxili çat istifadəyə verilib

“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti ferra.ru saytına istinadən yazır ki, mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar, istifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya “YouTube”da "Paylaş" düyməsinə quraşdırılıb, bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

Emil Hüseynov






Baxış sayı: 303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024