12px13px15px17px
Tarix:08/08/17

“Adidas” şirkəti minlərlə əməkdaşını robotlarla əvəz edəcək

“Adidas” şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək. “Sewbot” adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq. Sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma “SoftWear Automation” tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.
 
"Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər" – şirkətin rəsmi saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti therunet.com saytına istinadən yazır ki, sistem bir futbolkanı 22 saniyəyə tikir. Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək.

Emil Hüseynov






Baxış sayı: 330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024