12px13px15px17px
Tarix:11/08/17

2017-ci ilin birinci yarısında əşyalar interneti qurğularına edilmiş hücumların sayı 280% yüksəlib

"Əşyalar interneti" (“Internet of Things”, “IoT”) sahəsinə aid qurğulara marağın kəskin çoxalması şirkət və təşkilatlar üçün kibertəhlükələrin artmasına səbəb olub. “F5 Networks” şirkəti tərəfindən keçirilmiş araşdırmanın nəticəsinə əsasən, son 6 ayda əşyalar interneti qurğularına edilmiş hücumların sayı 280% yüksəlib. Bu, əşyalar internet qurğularını yoluxduran və botnet yaradan “Mirai” adlı zərərverici proqram təminatının populyarlığı ilə bağlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, məlumata görə, edilmiş hücumların 93%-i 2017-ci ilin yanvar-fevralında həyata keçirilib, amma mart-iyun aylarında cinayətkarların aktivliyində  xeyli azalma müşahidə edilib. Ekspertlər hesab edirlər ki,, hakerlərin fəaliyyətindəki "sakitlik" onunla izah oluna bilər ki, onlar kəşfiyyat mərhələsini yekunlaşdırıblar və indi botnetin formalaşdırılması üzərində işləyirlər.
 
Göstərilmiş dövrdə əşyalar internet qurğularına edilmiş hücumların 83%-i İspaniya  ərazisindən həyata keçirilib. Hücumlar İspaniyanın “SoloGigabit” hostinq-provayderinə məxsus olan 10 IP ünvandan edilib. Əvvəllər Çin bu göstərici üzrə birinci yerdə qərarlaşmışdı.
 
Emil Hüseynov




Baxış sayı: 388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024