12px13px15px17px
Tarix:14/08/17

Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün işlər davam etdirilir

"Aztelekom" MMC "aztelekom.net" internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
 
Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
 
Sabahdan etibarən Sumqayıt, Şirvan, Gəncə, Mingəçevir, Naftalan şəhərləri, Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Füzuli, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.
 
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat  02:00-dan  08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.




Baxış sayı: 335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2018

23 09 2018