12px13px15px17px
Tarix:14/08/17

“Pulsuz Wi-Fi” xidmətindən istifadə edən 500 000-ci istifadəçi mükafatlandırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötdü.
 
"Pulsuz Wi-Fi" xidmətinin 500 000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.
 
Bu gün "Baktelecom" şanslı istifadəçini mükafatlandırıb.
 
Qeyd edək ki, ötən həftədən "Pulsuz WiFi"-ın sosial şəbəkədəki səhifəsində start verilən "500.000-ci ol, hədiyyəni apar" sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.
 
Məlumat üçün bildirək ki, "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
 
Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.








Baxış sayı: 2298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2018

21 04 2018

21/04/18
Bakıda Şərq Tərəfdaşlığına üzv ölkələrin telekommunikasiya üzrə iki iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən Avropa Komissiyasının dəstəyi ilə 

21/04/18
Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər 

21/04/18
Milyonlarla mobil proqram istifadəçilərin məlumatlarını təhlükə altına qoyur

"Kasperski Laboratoriyası" antivirus şirkəti tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, 

21/04/18
Yeni texnologiya insanın üçölçülü modelini yaradır

Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağ