12px13px15px17px
Tarix:15/08/17

Yeni alqoritm internetdə təhlükəsizliyi daha da gücləndirəcək

Biz internetdə daima maraqlı məhsul, xidmət və servis tövsiyələri ilə qarşılaşırıq. Bu tövsiyələr onlayn profillər, axtarış sorğuları, şəbəkədəki aktivlik  və sairə əsasında tərtib edilir. Bəzən bu tövsiyələr həqiqətən faydalı olur, amma belə istinadlar üzrə keçid edən istifadəçi öz məxfiliyini təhlükə altında qoyur, çünki fərdi məlumatların ötürülməsini təsdiq edir. Lozanna Federal Politexnik Məktəbindən Maksa Taziki bu problemi həll edən alqoritm düşünüb hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, yeni alqoritm real vaxt rejimində internetdə tövsiyə edilmiş məhsulları ifadə edən bu və ya digər linkin üzərinə sıxdıqda üçüncü şəxslərə ötürülmüş informasiyanın tutumunu müəyyən etmək qabiliyyətinə malikdir.
 
Alqoritm hər bir kliki araşdırır: göndərilmiş məlumatların tutumunu, məxfiliyə potensial təsiri qiymətləndirir. Nəticələr tövsiyə şəklində təklif edilir və istifadəçi linkin üzərinə sıxmaqla bağlı qərara gəlir.
 
Emil Hüseynov




Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024