12px13px15px17px
Tarix:16/08/17

Yüngül çəkili odadavamlı material yaradılıb

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış  yeni odadavamlı materialın sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq, amma çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, materialın əsasını köpüklənmiş polimid polimer təşkil edir, həmçinin qrafen və qırmızı fosfor kompoziti əlavə edilib. Qeyd edək ki, həm polimid, həm də fosfor yanar materialdır, amma qrafenlə qatışdırıldıqdan sonra onların xüsusiyyəti dəyişir.
 
Yeni materialın sıxlığı təxminən 16 mq/sm3 təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Bu halda onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kq-lıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. B xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.
 
Emil Hüseynov




Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024