12px13px15px17px
Tarix:21/08/17

Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?

“Windows” sisteminin yeni versiyalarında təhlükəsizlik tədbirlərinin daima təkmilləşdirilməsinə baxmayaraq, antivirus proqram təminatının ən aktual versiyasının mövcudluğu hələ də məcburi şərt olaraq qalır.
Bununla belə, “Microsoft”un statistikasına əsasən, çoxlu sayda istifadəçi öz kompüterinə antivirus proqram təminatı quraşdırmır.

“ICTnews” Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, təhlükəsizlik üzrə 22 analitik hesabatda dərc edilmiş məlumatlara əsaslanaraq, “Microsoft” şirkəti "təhlükəli" kimi göstərilmiş sistemlərə dair öz narahatçılığını ifadə edib. Bu, öz növbəsində o deməkdir ki, həmin sistemlərdə aktual antivirus proqram təminatı qurulmayıb.

“Windows Vista” və “Windows 7” sistemlərində öncədən qurulmuş antivirus proqramının olmaması əsas problemdir, təhlükəli kompüterlərin 50%-dən çoxu bu əməliyyat sistemlərindən istifadə edir.

"Windows Vista və Windows 7 sistemlərindən istifadə edən təhlükəli kompüterlərin əksəriyyəti zərərverici proqramlara qarşı müdafiəyə malik deyillər. “Windows”un sonrakı versiyalarında antivirus olmadığı təqdirdə “Windows Defender” aktivləşir və beləliklə, antivirussuz kompüterlərin sayı son dərəcə aşağıdır" – “Microsoft”un nümayəndəsi izah edib.

Emil Hüseynov




Baxış sayı: 419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024