12px13px15px17px
Tarix:21/08/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

Avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərlə görüş keçirilib.

Görüşdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.









 

Nazir Ramin Quluzadə uşaqların bir çox problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratdığı üçün bu cür forumların keçirilməsini yüksək qiymətləndirib.









İKT sektorundakı ən son yeniliklər, yüksək texnologiyalar və ölkəmizin kosmik sənayesi barədə söz açan nazir uşaqları "Azərkosmos"un Peyk idarəetmə mərkəzinə dəvət edib. Sonra nazir uşaqların startaplar, internet resursları, "Elektron hökumət" və s. barədə suallarını cavablandırıb.











Səmimi atmosferdə keçən görüşdə şagirdlərin təklifləri dinlənilib və maraqlı diskusiyalar aparılıb.
Sonda nazir R.Quluzadə uşaqlara Azərbaycanın rabitə tarixini əks etdirən "Azərbaycan Telefon Rabitəsi 135 il" kitabı və müxtəlif mövzulara həsr olunmuş marka kolleksiyaları hədiyyə edib.
Bu ilin aprel-may aylarında regional görüşlərin keçirildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, uşaq hüquqları sahəsində bilikləri olan, mövzu ətrafında sərbəst şəkildə fikirlərini ifadə edən uşaqların seçimi uğurla başa çatıb. Diqqətə çatdırılıb ki, uşaqların intellektual və hüquqi biliklərinin artmasına kömək edəcək forumda 400-ə yaxın şagird iştirak edəcək.

Qeyd edək ki, Uşaqların IV Ümumrespublika Forumu noyabrın 20-də keçiriləcək. 
 



Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 May 2021

17 05 2021

17/05/21
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

17/05/21
“Samsung” 5G dəstəkli ucuz “Galaxy A22” smartfonunu təqdim edəcək

“Samsung” şirkəti beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyən ucuz smartfon təqdim etməyə hazırlaşı

17/05/21
Şifrləyici virus İrlandiyanın səhiyyə sistemini iflic edib

İrlandiyanın Səhiyyə Sistemi (Health Service Executive) şifrləyici virusun qurbanı olub. Virus informasiy

17/05/21
Azərbaycan kəndlərində ilk dəfə olaraq GPON texnologiyası əsasında şəbəkə qurulur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tə

17/05/21
Zəif görənlər üçün sosial məsafəni qorumağa kömək edən mobil tətbiq hazırlanıb

“IBM” şirkətinin tədqiqatçıları tərəfindən zəif görən insanlar üçün hazırlanmış unikal proqram insanlar

17/05/21
Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb

“IBM” şirkəti “Think 2021” konfransı çərçivəsində süni intellekt əsasında işləyən

17/05/21
“Alice” elektrik təyyarəsi ilk uçuşa hazırlaşır

“Eviation” İsrail-ABŞ şirkəti 11 nəfərlik sərnişin tutumuna malik “Alice” elektrik təyyarəsinin ilk sınaq

17/05/21
Qlobal noutbuk satışı 18 faiz artıb

Dünya noutbuklar bazarında artım koronavirus pandemiyası fonunda davam edir. “Strategy Analytics” şirkəti

17/05/21
Praqada Aİ-nin Kosmik Proqram Agentliyi fəaliyyətə başlayıb

Praqada Avropa İttifaqının Kosmik Proqram Agentliyi (EUSPA) fəaliyyətə başlayıb. O, baş ofisi 2012-ci ild