12px13px15px17px
Tarix:22/08/17

“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub

“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər.  Hələ ki yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Facebook” ötən ilin sonunda rəngli statusları yoxlamağa başlayıb və o, 2017-ci ilin martında sosial şəbəkənin bütün istifadəçilərinə əlçatan olub. İndi növbə  “WhatsApp” messencerinə çatıb.

Rəngli statusların istifadəçilərin əksəriyyəti tərəfindən qıcıqlandırıcı hesab edilməsinə baxmayaraq,  “Facebook” yeni funksiyanı öz proqramlarına əlavə etməyə davam edir. Şirkət  hesab edir ki, bu, istifadəçilərin cəlb edilməsini artırır.

Emil Hüseynov




Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024