12px13px15px17px
Tarix:24/08/17

“Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edir

Avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğınları ilə mübarizədə qonşu ölkəyə yardım göstərilməsilə bağlı cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, "Azərkosmos" ASC-nin idarəçiliyində olan "Azersky" peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinə təqdim olunub.

Hər zaman olduğu kimi qonşu ölkəyə öz yardımını göstərən Azərbaycan dövləti kosmik təsvirləri yüksək ayırdetmə ilə operativ şəkildə qarşı tərəfin istifadəsinə verib.

Bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanın həcmi dəqiq qiymətləndirilib. Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir. 

Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün "Azersky" peyki tərəfindən  operativ qaydada və yüksək ayırdetmədə müşahidə olunur. 




Baxış sayı: 439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024