12px13px15px17px
Tarix:25/08/17

2017-ci ilin ən zəngin İT iş adamlarının reytinqi dərc edilib

“Forbes” jurnalı 2017-ci ili ən zəngin İT iş adamlarının reytinqini dərc edib.

84,5 milyard dollar varidata sahib “Microsoft”un qurucusu Bill Qeyts reytinqin lideri olub. 81,7 milyard dollar varidata sahib “Amazon” şirkətinin rəhbəri Ceff Bezos ikinci yeri tutub. “Facebook”un yaradıcısı və 69,6 milyard dollar varidata sahib Mark Zukerberq ən zəngin İT iş adamlarının reytinqində üçüncü yerdə qərarlaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, ilk dəfə reytinq iştirakçılarının ümumi kapitalı 1 trilyon dolları ötüb, iş adamları ötən illə müqayisədə 21% daha zənginləşib. Reytinqin tərtibçiləri bu artımı, həmçinin “Facebook”, “Amazon”, “Tencent” və “Alibaba” şirkətlərinin səhmlərinin məzənnəsinin artımı ilə izah edirlər. Bu şirkətlərin sahibləri digərləri ilə müqayisədə daha çox zənginləşib.

Reytinqin 50%-ni amerikalılar təşkil edir. Həmçinin ilk onluqda 8 iş adamı ABŞ sakinidir.

Emil Hüseynov




Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024