12px13px15px17px
Tarix:25/08/17

Sifətin tanınması texnologiyası bəşəriyyəti parol və açarlardan xilas edəcək

Parol və hər cür pin kodlar, barmaq izlərinin skaneri, kredit kartları, hətta mənzil və ya avtomobillərin açarları sifətin tanınması texnologiyasının tətbiqi ilə keçmişin bir hissəsinə çevriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, hazırda sifətin tanınması sistemləri böyük əhəmiyyət kəsb etmir, ancaq yaxın gələcəkdə vəziyyət dəyişəcək. Öz sahibini onun sifətinə görə tez və səhvsiz identifikasiya edən smartfonlar bazara çıxarılan kimi, bəşəriyyət belə texnologiyaya maraq göstərəcək.

Tezliklə sifətin skan edilməsinə əsaslanan autentifikasiya sisteminə malik smartfonlar təqdim olunacaq.
Mobil çiplərin istehsalı üzrə dünya liderlərindən biri olan “Qualcomm” şirkəti bu yaxınlarda “Spectra” texnologiyasını – obyektlərin (həmçinin insan sifəti) skan edilməsi sistemini təqdim edib.

Ona görə düşünmək olar ki, tezliklə sifətin skan edilməsini dəstəkləyən “Android” sistemi ilə işləyən smartfonlar satışa çıxarılacaq.

Emil Hüseynov




Baxış sayı: 392

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024