12px13px15px17px
Tarix:29/08/17

“Dell” virtual reallıq kaskası nümayiş olunub

“Dell” şirkəti “Windows Mixed Reality” platforması əsasında yaradılan “Visor” virtual reallıq qarniturunu təqdim edib. Bu, ABŞ istehsalçısının hazırladığı ilk oxşar qurğudur.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, kaska 1440 x 1440 pikselli və 90 QHs takt tezlikli iki ekran, eləcə də istifadəçinin başının dönməsinin izlənilməsi üçün ötürücülər dəsti ilə təchiz edilib. Bundan başqa, “Visor” qurğunun ön hissəsində yerləşən iki kameraya malikdir.

Məlumata görə, kompüterə qoşulma üçün qurğuda “HDMI” və “USB 3.0” interfeysləri, həmçinin qulaqcıqlar üçün 3,5 mm-lik audio çıxışlar nəzərdə tutulub.

Satışına oktyabrda başlanılacaq “Dell Visor” virtual reallıq kaskasının ilkin qiyməti 350 dollar, iki “Halo VR” manipulyatoru ilə təchiz edilən dəstin qiyməti isə 450 dollar təşkil edir.

Nizam Nuriyev 




Baxış sayı: 311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024