12px13px15px17px
Tarix:29/08/17

“Google” və “Facebook”un mühəndisləri mobil qurğularda artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradıblar

“8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, “8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90%-i üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.

“8th Wall” şirkətinin “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.

Emil Hüseynov




Baxış sayı: 487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024