12px13px15px17px
Tarix:05/09/17

“Excel” proqramında real vaxtda birgə redaktə funksiyası istifadəyə verilib

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür.

Bildirilir ki, ABŞ korporasiyası “Excel” proqramında birgə redaktə funksiyası ilə yanaşı, sənədlərini “OneDrive” və “SharePoint” proqramlarında saxlayan “Office 365” istifadəçiləri üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində avtomatik saxlama funksiyasını təqdim edib.

Əvvəllər “Office Insider” proqramının iştirakçılarının yararlandığı imkandan indi hamı istifadə edə biləcək.

Nizam Nuriyev 




Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024