12px13px15px17px
Tarix:12/10/11

Almaniya hakimiyyəti vətəndaşları izlədiyini təsdiqləyib

Almaniya hakimiyyəti həqiqətən ölkənin bəzi vətəndaşları haqqında informasiya əldə edilməsi üçün troyan proqramından istifadə etdiyini təsdiqləyib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın tanınmış “Chaos Computer Club” haker qrupu şəxsi bəyanat dərc edib.

Qrup bəyanatda Almaniya hökumətini istifadəçiləri izləmək üçün şəbəkədə troyan proqramının yaradılması və yayılmasında ittiham edib. Troyan proqramı “Federal Trojan” adını alıb.

"Bu zərərverici proqram şəxsi məlumatları yalnız öz yaradıcılarına göndərməyi deyil, həm də uzaq məsafədən giriş, gizli quraşdırma və digər proqramların icra olunması funksionallığını təklif edir.

Proqramın struktur və funksionallığında əhəmiyyətli çatışmazlıqlar onun internetdə aşkar olunmasına kömək edib" - hakerlərin xəbərində qeyd edilib. Bavariyanın daxili işlər naziri bildirib ki, bu proqram 2009-cu ildən hakimiyyət tərəfindən istifadə olunurdu.



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024