12px13px15px17px
Tarix:08/09/17

“Google”un fərdi xəbər lenti artıq bütün dünyada əlçatandır

2016-cı ilin dekabrında “Google” şirkəti tərəfindən təqdim edilmiş "ağıllı" xəbər xəttinin məzmunu istifadəçilərin fərdi özəllikləri əsasında formalaşdırılır. Bu vaxtadək yalnız ABŞ-da əlçatan olan funksiya indi bütün dünyada aktivdir.

Fərdi xəbər lenti “Google”un “Android” üçün əsas proqramında əlçatandır. Tezliklə sözügedən funksiya proqramın “iOS” versiyasında, həmçinin axtarış sisteminin masaüstü və mobil versiyalarında əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni xidmət “Google Feed” adlandır. "Ağıllı" lentə yalnız xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və “Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmun daxil edilib.

"Məsələn, əgər siz fotoqrafsınız və fitneslə səthi maraqlanırsınızsa, onda fitneslə bağlı  tövsiyələr sizin lentinizdə nadir hallarda göstəriləcək" – “Google” şirkətindən bildirilib.

Emil Hüseynov




Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024