12px13px15px17px
Tarix:12/10/11

BTRİB yeni dəniz limanında müasir telekommunikasiya şəbəkəsi qura bilər

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Ələt qəsəbəsində inşa olunan yeni beynəlxalq dəniz limanında yüksək keyfiyyətli telekommunikasiya infrastrukturu yarada bilər.

Bu barədə “ictnews”-a məlumat verən BTRİB-in baş direktor müavini Xankişi Kişiyev bildirdi ki, hazırda birlik tərəfindən paytaxtın cənub istiqamətində sakinlərin yüksək keyfiyyətli telefon və multimedia xidmətlərindən istifadə etməsi üçün optik kabel xəttinin tikintisini həyata keçirir. “Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edir.

Ələt qəsəbəsindən də yeni tikilən limana yüksək keyfiyyətli optik kabellər çəkərək orada müasir informasiya və kommunikasiya şəbəkəsi qura bilərik ”.

Baş direktor bildirdi ki, cənub istiqamətində çəkilən optik ən müasir tələblərə cavab verir və yeni dəniz limanı bu xidmətdən yüksək keyfiyyətlə faydalana bilər.

Qeyd edək ki, əvvəllər planlaşdırıldığı kimi, Ələt qəsəbəsində yeni beynəlxalq limanın tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ilə qədər yekunlaşdırılmalıdır.

İlk mərhələ konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yük daşıyanların qəbul edilməsi üçün iki bərə, üç yük körpüsünün tikintisini nəzərdə tutur.

Layihənin ikinci mərhələsi daha üç yük körpüsünün, üçüncü mərhələ isə iki əlavə yük körpüsünün tikintisini nəzərdə tutur. Liman 11,6 milyon tona qədər yük qəbul edə biləcək.

Xatırladaq ki, Ələtdəki liman multimodal olacaq, belə ki, maddi-texniki mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonanın yaradılması planlaşdırılır.



Baxış sayı: 1510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024