12px13px15px17px
Tarix:09/09/17

“Facebook” şou çəkilişlərinə 1 milyard dollar xərcləyəcək

“Facebook” şirkəti orijinal videokontentin istehsalı üçün 1 milyard dollar ayırmaq niyyətindədir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şouların şirkətə bu yaxınlarda istifadəyə verilən “Watch” videoplatformasına diqqəti cəlb etməyə kömək edəcəyi gözlənilir. Bu məbləğ “Facebook” tarixində kontentin yaradılmasında ən bahalı investisiya olacaq.

Xatırladaq ki, şirkət “Watch” servisinin istifadəyə veriləcəyini avqustun 10-da açıqlayıb. Jurnalistlərin fikrincə, yeni platforma “YouTube” servisini xatırladır: platforma istifadəçiləri videoçarxlar dərc edə, eləcə də başqalarının videolarına və peşəkar şoulara baxa biləcəklər.

Məlumata görə, hazırda “Watch” servisindən yalnız ABŞ ərazisində istifadə mümkündür. Artıq “National Geographic”, “NASA”, “Billboard” və digərləri platformada translyasiyalar etmək niyyətində olduqlarını açıqlayıblar.  

Nizam Nuriyev 




Baxış sayı: 20

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019