12px13px15px17px
Tarix:12/10/11

“Nokia” orijinal musiqisini dəyişmək üçün yeni bəstəkar tapıb

Finlandiyanın mobil telefon istehsalçısı “Nokia” şirkəti “Nokia Tune” "klassik" ringtonunun ən yaxşı remix müsabiqəsinin nəticələrini elan edib. Bu barədə şirkətin bloqunda bildirilib.

22 yaşlı italiyalı Valerio Alessandro Sissi müsabiqənin qalibi olub. O, müsabiqəyə “Nokia Tune Dubstep Edition” melodiyasını təqdim etmişdi. Mükafat kimi o, şirkətdən 10 min dollar alacaq. Həmçinin müsabiqənin 5 finalçısının hər birinə 1000 dollar ödəniləcək.

Sissinin ringtonu “Nokia” şirkətinin yeni aparatlarında istifadə olunacaq. Onun melodiyasının “Nokia Tune” ringtonunu əvəz edəcəyi və ya qurğuların yaddaşına hər iki variantın yüklənəcəyi dəqiqləşdirilmir.

“Nokia Tune” ringtonu 1902-ci ildə ispan bəstəkarı Fransisko Tarreqoy tərəfindən yazılmış Gran Vals əsərindən musiqi frazasını təşkil edir. O, “Nokia” telefonlarında 1994-cü ildən istifadə olunur. Bu melodiyanın səsləndiyi ilk “Nokia” aparatı “Nokia 2110” telefonu olub.



Baxış sayı: 1123

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024