12px13px15px17px
Tarix:12/09/17

Mobil kiberhücumların həcmi 40% yüksəlib

“Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.

2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.

2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.

Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.

Emil Hüseynov




Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024