12px13px15px17px
Tarix:12/10/11

ABŞ-da şəbəkəyə ən çox “iPad” və “iPad 2” qurğuları vasitəsilə daxil olurlar

“ComScore” analitik şirkəti ABŞ-da mobil internet tədqiqatının nəticələrini dərc edib. ABŞ-da portativ qurğuların payına ümumi internet-trafikin cəmi 6,8%-i düşür. Əgər qurğuları ayırsaq, o zaman avqust ayında mobil telefonların payına ümumi internet-trafikin 4,4%-i, planşetlərə isə 1,9%-i düşüb.

Planşetlərə gəlincə isə şəbəkəyə ən çox “iPad” və “iPad 2” qurğuları vasitəsilə daxil olurlar. Bütövlükdə internetə giriş üçün 116 milyon amerikalı portativ qurğulardan istifadə edir.

Bu göstərici keçən ilin avqust ayı ilə müqayisədə 19% artıb. Mobil trafikin demək olar ki, yarısı “iOS” aparatların payına düşür. Tədqiqatın nəticəsində məlum olub ki, mobil internet əsasən sosial şəbəkələrdə xəbərlərin oxunması və ünsiyyət üçün istifadə olunur.



Baxış sayı: 1439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024